Logo
    main-post-cover

    Texnologiya dünyası GTC 2026-ya fokuslanıb

    Cihazlar+
    13.03.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Jensen Huang rəhbərlik etdiyi Nvidia şirkətinin ən böyük illik tədbiri olan Nvidia GPU Technology Conference (GTC 2026) çərçivəsində keçiriləcək əsas çıxış texnologiya dünyasının diqqət mərkəzindədir. “GPU Technology Conference” mənasını verən GTC tədbiri Nvidia-nın hər il təşkil etdiyi flaqman konfransdır. Şirkət bu platformadan adətən yeni məhsullarını təqdim etmək, strateji tərəfdaşlıqlarını elan etmək və gələcək texnologiya vizionunu açıqlamaq üçün istifadə edir.
    NVIDIA CEO Jensen Huang
        Jensen Huang-un iki saat davam edəcək əsas çıxışında Nvidia-nın süni intellekt və gələcəyin hesablamaları sahəsində oynayacağı rol haqqında danışacağı gözlənilir. Tədbirə qatılanlar çıxışı ABŞ-də yerləşən SAP Center arenasında canlı izləyə bilərlər. Eyni zamanda çıxış tədbirin rəsmi saytı vasitəsilə onlayn yayımlanacaq. Üç gün davam edəcək GTC 2026 konfransı süni intellektin səhiyyə, robototexnika və avtonom nəqliyyat kimi müxtəlif sahələrdə gələcək tətbiqlərinə həsr olunacaq.
        Texnologiya dairələrində yayılan məlumatlara görə, Nvidia müəssisələr üçün nəzərdə tutulmuş yeni açıq mənbəli süni intellekt agent platformasını təqdim edə bilər. “NemoClaw” adlandırıldığı iddia edilən bu platforma şirkətlərə çoxmərhələli tapşırıqları avtonom şəkildə yerinə yetirən AI agentlərini qurmaq və idarə etmək üçün strukturlaşdırılmış sistem təqdim edəcək.
    Paylaş