main-post-cover

    Texnoloji bloggerlər NVIDIA GeForce RTX 4070 Ti SUPER videokartından narazı qaldılar

    Cihazlar+
    25.01.2024
    Emil Nəcəfov
         Yeni NVIDIA GeForce RTX 4070 Ti SUPER videokartının ilk icmalları artıq internetdə ortaya çıxmağa başlayıb. Qısa desək, texnoloji bloggerlər sözügedən videokartdan heç də razı qalmayıblar. Onların sözlərinə əsasən videokart baha qiymətə satılır və onun performans səviyyəsi şirkət tərəfindən daha öncə açıqlanmış performans səviyyəsi ilə üst-üstə düşmür. Qeyd etmək lazımdır ki, NVIDIA GeForce RTX 4070 Ti SUPER videokartı AD103-275 qrafik prosessoru əsasında hazırlanıb və o özündə GDDR6 standartlı 16 GB-lıq VRAM-ı birləşdirir.
         Videokartın enerji sərfiyyatı 285 vatt, satış qiyməti isə 800$ təşkil edir. TechPowerUp saytının təqdim etmiş olduğu test nəticələrinə əsasən bu yeni videokart öz qiyməti qarşılığında sadəcə 6-7% performans artımı sərgiləyib. Halbu ki, şirkət 10%-lik performans artımını söz verirdi. Yeni videokart RTX 4080-dən 11% daha ləng çalışır. Üstəlik ray tracing texnologiyasının istifadə edilmədiyi halda RTX 4070 Ti SUPER videokartı AMD Radeon RX 7900 XT videokartından geridə qalır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NVIDIA-nın yeni funksiyası istənilən videoda HDR-ı işə salır (VİDEO)
    nvidia-nin-yeni-funksiyasi-istenilen-videoda-hdr-i-ise-salir-video
    NVIDIA GeForce RTX 4080 SUPER videokartı Geekbench 5 testlərindən keçib
    nvidia-geforce-rtx-4080-super-videokarti-geekbench-5-testlerinden-kecib
    NVIDIA GeForce RTX 4070 Ti SUPER videokartı 3DMark testlərindən keçib
    nvidia-geforce-rtx-4070-ti-super-videokarti-3dmark-testlerinden-kecib
    Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
    meta-oz-suni-zeka-infrastrukturu-ucun-milyardlarla-dollar-vesait-serf-edir
    NVIDIA GeForce RTX 4070 SUPER videokartı 3DMark testlərindən keçib
    nvidia-geforce-rtx-4070-super-videokarti-3dmark-testlerinden-kecib