Logo
    main-post-cover

    TikTok-da iPhone 4 dəbi geri döndü

    Cihazlar+
    08.01.2026
    Sevinc
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, TikTok-da son aylarda qəribə, amma sürətlə yayılan bir trend diqqət çəkir. İstifadəçilər 2010-cu ildə təqdim edilən iPhone 4-dən istifadə edərək qəsdən keyfiyyətsiz, “retro” görünüşlü fotolar çəkirlər. Məqsəd isə müasir smartfonların həddindən artıq təmiz və süni görünən şəkillərindən uzaqlaşmaqdır.
        Ancaq bu nostalji dəbinin çoxu fərqində olmadan ciddi təhlükəsizlik riskləri yaratdığı da faktdır. iPhone 4 üçün son rəsmi proqram yeniləməsi 2014-cü ildə yayımlanıb. Bu o deməkdir ki, son 10 ildən artıq müddətdə ortaya çıxan minlərlə təhlükəsizlik boşluğu bu cihazda mövcuddur və heç biri bağlanmayıb.
    Can the iPhone 4s run TikTok?
        Başqa sözlə, iPhone 4:
    • Müasir təhlükəsizlik standartlarına cavab vermir
    • İnternetə qoşulduqda risk yaradır
    • Şəxsi məlumatlar üçün etibarlı deyil

        Apple ID ilə daxil olmaq qətiyyən məsləhət deyil

        iPhone 4-dən yalnız kamera kimi istifadə etmək istəyirsinizsə, Apple ID ilə daxil olmayın. Əks halda:
    • iCloud məlumatlarınız
    • şəxsi şəkilləriniz
    • kontaktlarınız və digər şəxsi məlumatlarınız
    təhlükə altına düşə bilər. Apple hesabının ələ keçirilməsi isə bəzən geri dönməz nəticələr yaradır.
        Bulud xidmətlərindən istifadə etmədən, ən təhlükəsiz yol kabel vasitəsilə köçürmədir.
        Mac istifadəçiləri üçün:
    1. Image Capture tətbiqini açın
    2. iPhone-u kabel ilə qoşun və “Trust” seçin
    3. Şəkilləri seçərək istədiyiniz qovluğa köçürün
        Windows istifadəçiləri üçün:
    1. iPhone-u kompüterə qoşun və “Trust” seçin
    2. File Explorer → This PC → iPhone
    3. Internal Storage → DCIM qovluğundan şəkilləri kopyalayın
        Qeyd edək ki, bazarda 30-pin → USB-C kabelləri də mövcuddur və işləkdir.
        Mütəxəssislər açıq şəkildə xəbərdarlıq edir:
    • Bank tətbiqləri
    • Onlayn ödənişlər
    • Safari ilə internetə giriş
    • SIM kart yerləşdirilməsi
    kimi istifadələr qətiyyən tövsiyə edilmir. Xüsusilə ikinci əl alınmış cihazlarda SIM kart istifadə etmək SIM-swap hücumlarına yol aça bilər.
    Paylaş