Logo
    main-post-cover

    Tim Cook Apple-da 14 illik dövrünü başa vurur

    Cihazlar+
    22.04.2026
    Sevinj
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Apple-da uzun illər CEO vəzifəsini icra edən Tim Cook bu ilin sentyabr ayında vəzifəsindən geri çəkiləcəyini açıqlayıb. Onun yerinə isə şirkətin aparat mühəndisliyi üzrə baş vitse-prezidenti olan John Ternus CEO postuna keçəcək. Cook bundan sonra şirkətdə İdarə Heyətinin sədri kimi fəaliyyət göstərəcək.
    Apple's Next CEO John Ternus Inherits a Bold Gamble on Hardware - Bloomberg
        2011-ci ildə Steve Jobs-un vəfatından sonra rəhbərliyi təhvil alan Tim Cook-un dövrü Apple tarixində ən uğurlu mərhələlərdən biri hesab olunur. Bu müddətdə Apple bazar dəyərini təxminən 350 milyard dollardan 3.9 trilyon dollara qədər artıraraq dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilib. Cook-un rəhbərliyi dövründə Apple yalnız iPhone satışlarını qoruyub saxlamaqla kifayətlənməyib, həm də yeni məhsul kateqoriyaları yaradıb. Xüsusilə Apple Watch və AirPods kimi məhsullar şirkətin gəlir strukturunda mühüm yer tutmağa başlayıb. Eyni zamanda Apple TV+ platforması ilə şirkət media və əyləncə sektorunda da güclü oyunçuya çevrilib.
        Ekspertlərin fikrincə, Cook-un ən böyük uğurlarından biri Apple-da liderliyin problemsiz ötürülməsi sistemini qurmasıdır. Bu, böyük texnologiya şirkətləri üçün nadir hal hesab olunur və Apple-ın uzunmüddətli stabil inkişafını təmin edən əsas faktorlardan biri kimi qiymətləndirilir. Bununla yanaşı, Tim Cook dövründə Apple süni intellekt sahəsində daha ehtiyatlı strategiya seçib. Şirkət bu istiqamətdə sürətli yarışa qoşulmaq əvəzinə, daha çox istifadəçi məxfiliyi və stabil həllərə fokuslanıb.
        Yeni CEO olacaq John Ternus isə daha çox “product-oriented” (məhsul yönümlü) rəhbər kimi tanınır və onun dövründə Apple-ın innovasiya strategiyasında müəyyən dəyişikliklərin olması gözlənilir.
     
    Paylaş