Logo
    main-post-cover

    Tim Cook Apple-ın 50 illiyini və gələcək rəhbərliyini dəyərləndirdi

    Cihazlar+
    06.02.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple şirkəti 2026-cı ilin aprelində 50 illik yubileyini qeyd etməyə hazırlaşır. Şirkətin baş icraçı direktoru Tim Cook əməkdaşlarla keçirilən daxili görüş zamanı bu əlamətdar tarix üçün xüsusi tədbirin planlaşdırıldığını təsdiqləyib.
        Onun sözlərinə görə, yubiley təkcə nostalji deyil, həm də şirkətin inkişaf yolunu dəyərləndirmək üçün bir fürsətdir. Bu yanaşma Apple-ın qurucusu Steve Jobs-un fəlsəfəsindən müəyyən qədər fərqlənir. Jobs daim keçmişə yox, gələcəyə fokuslanmağı vacib sayırdı və öz töhfələrini tarixdə tək bir iz kimi deyil, kollektiv inkişafın bir hissəsi kimi görürdü. Buna baxmayaraq, Apple son illərdə yubileyləri şirkətin ümumi inkişafını simvolizə edən mərhələlər kimi qeyd edir.
        Şirkət 2016-cı ildə 40 illiyini qeyd edərkən, 40 saniyəlik video ilə Apple tarixindəki əsas məhsul və yenilikləri xatırlatmışdı. Həmin dövrdə Apple dünyada 1 milyard aktiv cihaz həddinə çatdığını açıqlamışdı. 2026-cı ilin yanvarında isə bu rəqəmin artıq 2,5 milyard aktiv cihaza yüksəldiyi bildirilib. Apple üçün 50 illik yubiley yaxınlaşsa da, şirkət eyni zamanda gələcək onilliklər üçün strategiyasını və rəhbərlik planlarını formalaşdırmağa davam edir.
     
    Paylaş