Logo
    main-post-cover

    Trump-ın yeni rüsumları səbəbilə ABŞ-da insanlar kütləvi şəkildə iPhone almağa başlayıblar

    Cihazlar+
    08.04.2025
    Emil
         Donald Trump administrasiyasının yeni rüsumlar tətbiq etmək təhdidi Apple-ın səhm qiymətlərinin enməsinə səbəb olub və eyni zamanda iPhone-lara qarşı ajiotajlı tələbat yaradıb. Bloomberg-in məlumatına görə, alıcılar Çində istehsal olunan mallara 54%-lik tariflərin tətbiqindən sonra qiymətlərin kəskin bahalaşacağından ehtiyat edərək kütləvi şəkildə Apple-ın rəsmi mağazalarına axışıblar. Apple əməkdaşları ABŞ-da ötən həftəsonu müştəri axınının kəskin artdığını təsdiqləyiblər və demək olar ki, hər kəs iPhone-ların tezliklə bahalaşıb-bahalaşmayacağını soruşub. Yeni modellərin satışa çıxarıldığı vaxtlardakı kimi növbələr olmasa da, mağazalarda gərgin atmosfer hökm sürüb.
         Narahat insanlar təşviş içində Apple cihazlarını alıblar və şirkətin həmin həftəsonu əldə etdiyi gəlir əvvəlki illərin eyni mövsüm göstəricilərindən yüksək olub. Apple isə bu vəziyyətlə bağlı hər hansı şərh verməkdən imtina edib. Bazar artıq bu böhrana reaksiya verib. Cəmi 2 gün ərzində Apple-ın bazar dəyəri yarım trilyon dollar azalıb və səhmlər 2001-ci ildən bəri ən pis enişi yaşayıb. Bununla belə, şirkət vəziyyətin təsirini azaltmaq üçün əlindən gələni edir - anbar ehtiyatlarını artırır və istehsalın bir hissəsini Çinlə müqayisədə rüsumların daha aşağı olduğu Hindistan və Vyetnama köçürür. Xatırladaq ki, Apple təkcə iPhone deyil, həm də Apple Watch, Mac, AirPods iPad modellərini də Çində istehsal edirdi.
         Bəzi Mac modelləri isə hazırda İrlandiya, Tayland və Malayziyada yığılır. Analitiklərin fikrincə, iPhone-un qiyməti ciddi şəkildə arta bilər, lakin Apple çox güman ki, qiymətlərin kəskin artmasının qarşısını almaq üçün təchizatçılara təzyiq göstərəcək və mənfəət marjasını azaldacaq. Hazırda flaqman modelin başlanğıc qiyməti 2017-ci ildən bəri 999$ olaraq qalır. Apple-ın baş direktoru Tim Cook və maliyyə direktoru Kevan Parekh 1 may tarixində ikinci rüb üzrə maliyyə hesabatını təqdim edəcəklər və burada, ehtimal ki, rüsumlar mövzusuna da toxunulacaq. Bununla belə, bu gün yaşanan satış sıçrayışı Apple-ın üçüncü rübdəki maliyyə nəticələrini dəstəkləyə bilər, lakin analitiklərin fikrincə, rüsumların əsl təsiri daha sonra özünü göstərəcək.
    Mənbə: Bloomberg
    Paylaş
    Bənzər xəbərlər
    boyuk-sirketler-trump-in-ticaret-muharibesi-neticesinde-2-trilyon-dollar-bazar-deyeri-itiribler
    Tech-Biznes

    Böyük şirkətlər Trump-ın "ticarət müharibəsi" nəticəsində 2 trilyon dollar bazar dəyəri itiriblər

    ABŞ Prezidenti Donald Trump-ın başladığı ticarət müharibəsi fonunda, Apple, Microsoft, Alphabet, Amazon, NVIDIA, Tesla və Meta şirkətlərindən ibarət olan “möhtəşəm yeddilik” adlandırılan qrupun səhmlərinin dəyəri azalmağa davam edir.
    donald-trump-in-yeni-rusum-tariflerinden-sonra-yeni-iphone-larin-qiymetleri-nece-olacaq
    Cihazlar+

    Donald Trump-ın yeni rüsum tariflərindən sonra yeni iPhone-ların qiymətləri necə olacaq?

    Donald Trump-ın 2 aprel tarixində “Azadlıq Günü” adlandırdığı gün elan etdiyi ticarət rüsumlarının ardından, əksər idxal mallarının qiymətlərinin artması gözlənilir. Ən çox zərbə isə elektronika və avtomobillərə dəyəcək, o cümlədən yeni iPhone-un qiyməti də yüksələcək.
    apple-boyuk-britaniya-hokumetinin-emrini-mehkemede-mubahiselendirmeye-qerar-verib
    Təhlükəsizlik

    Apple Böyük Britaniya hökumətinin əmrini məhkəmədə mübahisələndirməyə qərar verib

    Milli təhlükəsizlik məsələləri gündəmə gələndə, bəzən fərdi vətəndaşların azadlıq və hüquqları arxa plana keçirilir. Böyük Britaniya hakimiyyəti müvafiq arqumentlərə əsaslanaraq Apple şirkətindən istifadəçilərin qorunan bulud yaddaşı sisteminə çıxış verməyi tələb edib,
    iphone-19-pro-cesaretli-yeni-dizayni-elde-edecek
    Cihazlar+

    iPhone 19 Pro “cəsarətli” yeni dizaynı əldə edəcək

    Ortaya çıxmış yeni məlumata əsasən 2027-ci ildə təqdimatı gözlənilən iPhone 19 Pro smartfonu “cəsarətli” yeni dizaynı əldə edəcək.
    iphone-17-pro-yenilenmis-teleobyektivi-elde-ede-biler
    Cihazlar+

    iPhone 17 Pro yenilənmiş teleobyektivi əldə edə bilər

    Apple iPhone 17 Pro modelinin kamera sahəsində ciddi yenilik hazırlayır və bu, zoom imkanlarına yanaşmanı dəyişə bilər.