Twelve South daha kiçik və 25 Vt gücündə yeni Valet-i təqdim edib
Twelve South şirkəti Valet adlı simsiz enerji doldurma qabının daha kiçik və daha güclü yeni versiyasını təqdim edib. İlk Valet modeli bu ilin əvvəlində CES sərgisində nümayiş etdirilmişdi. Yeni model isə xüsusilə masa və komodin kimi məhdud sahələrdə istifadə üçün nəzərdə tutulub. Əvvəlki Valet modelinin dərinliyi 7,5 düym olduğu halda, yeni versiyada bu göstərici 4,5 düymə endirilib. Buna görə də yeni model açar, pulqabı və digər əşyaları birlikdə saxlamaqdan daha çox eynək kimi tək bir əşyanın yerləşdirilməsi üçün uyğundur.
Ölçülərin kiçilməsinə baxmayaraq, simsiz enerji doldurma gücü artırılıb. Əvvəlki model maksimum 15 Vt gücündə simsiz şarj təklif edirdisə, yeni Valet Qi2 vasitəsilə uyğun smartfon və qulaqlıqları 25 Vt-a qədər güclə enerji ilə doldura bilir. Cihazın yan hissəsində əlavə USB-C portu da mövcuddur. Lakin Qi2 simsiz şarj sistemi istifadə edilərkən bu port maksimum 10 Vt enerji verir. Müqayisə üçün, böyük Valet modelində USB-C portu 15 Vt-a qədər enerji təmin edirdi. Yeni 4,5 düymlük Twelve South Valet-in qiyməti $129.99 təşkil edir. Bu, $ 179.99 qiymətə satılan böyük versiyadan daha ucuz olsa da, adi Qi2 simsiz şarj cihazları ilə müqayisədə bahalıdır. Bunun əsas səbəblərindən biri premium materiallardan istifadə edilməsidir.
Paylaş
