Logo
    main-post-cover

    Twitch-dən məzmun yaradıcılarına yeni imkanlar

    Cihazlar+
    01.06.2026
    Sevinj
        TwitchCon Europe 2026 tədbirində Twitch platformaya gələcək bir sıra yenilikləri təqdim edib. Ən diqqətçəkən yeniliklərdən biri isə yaradıcıların eyni anda həm üfüqi, həm də şaquli formatda canlı yayım aparmasına imkan verən Dual Format funksiyasıdır.
        Şirkətin açıqlamasına görə, yeni funksiya gələn aydan etibarən istifadəyə veriləcək. Bu yenilik sayəsində mobil cihazlardan izləyən istifadəçilər tam ekran şaquli görüntü əldə edəcək, kompüter istifadəçiləri isə ənənəvi üfüqi yayım formatından yararlanmağa davam edəcəklər.
        Şirkət həmçinin bütün tərəfdaşlar və affiliate yayımçılar üçün 2K (1440p) keyfiyyətində yayım imkanını da istifadəyə verəcəyini açıqlayıb. Yeni sistem 1440p üçün 9 Mbps-ə, 1080p üçün isə 7,5 Mbps-ə qədər bitreyt dəstəkləyəcək.
        Bundan başqa, Twitch istifadəçilərin yayıma gec qoşulduqda baş verənləri daha rahat izləyə bilməsi üçün mid-stream summaries adlı yayım xülasələrini təqdim edəcək. Platformada həmçinin Tier 2 və Tier 3 abunəçilər üçün söhbət bölməsində GIF dəstəyi əlavə olunacaq.
    Paylaş