Logo
    main-post-cover

    Ubisoft 10 dollara cəmi 23 KB-lıq “oyun” satdı

    Cihazlar+
    28.08.2026
        Ubisoft 1999-cu ildə çıxmış məşhur strategiya oyunu Heroes of Might and Magic III-ü Steam-də satışa çıxararkən maraqlı səhvə yol verib. Şirkətin yayımladığı versiyada oyunun öz faylları ümumiyyətlə olmayıb. 10 dollara satışa çıxarılan paket cəmi 23,4 KB həcmində olub. İstifadəçilər oyunu yüklədikdən sonra işə salmağa çalışarkən xəta ilə qarşılaşıblar. Hadisə Steam-də çoxsaylı mənfi rəylərin yazılmasına səbəb olub.
        Ubisoft daha sonra Steam icma səhifəsində açıqlama yayımlayaraq səhvə görə üzr istəyib. Şirkət yanlış paketin yayımlandığını və problemin artıq aradan qaldırıldığını bildirib. Yenilənmiş versiyada oyun faylları əlavə edilib və oyun normal şəkildə işləyir. Heroes of Might and Magic III-ün bu versiyasının yenidən satışa çıxarılması təsadüfi deyil. Ubisoft bununla 2027-ci ildə təqdim etməyi planlaşdırdığı Heroes of Might and Magic III Remake üçün marağı artırmağa çalışır.
        Yeni remake versiyası PC ilə yanaşı PlayStation 5 və Xbox Series X/S platformalarında da əlçatan olacaq. Oyunda yenilənmiş qrafika, istifadəçilərin hazırladığı məzmunlara daha rahat çıxış, eləcə də planlaşdırma və qərarvermə üçün təkmilləşdirilmiş alətlər nəzərdə tutulur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...