Logo
    main-post-cover

    Üçüncü nəsil Nothing Ear naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    18.04.2024
    Farid
         Nothing şirkəti üçüncü nəsil Nothing Ear qulaqlığını təqdim edib. Bu yeni qulaqlıq orijinal Nothing Ear-in üçüncü nəsli olmasına baxmayaraq şirkət onun adında 3 rəqəmindən istifadə etməyib. Nəticədə yeni qulaqlıq sadəcə Nothing Ear adlanır. Üçüncü nəsil Nothing Ear xarici görünüşcə Nothing Ear (2)-yə bənzəyir. Bununla belə yeni qulaqlıqların hər biri 11 mm-lik audio drayver ilə təchiz olunub. Şirkət bu yeni naqilsiz qulaqlıqda ətraf səs-küyün aktiv boğulması funksiyasını yaxşılaşdırb. Nəticədə üçüncü nəsil Nothing Ear modelinin bu funksiyası Nothing Ear (2)-dəki ətraf səs-küyün boğulması funksiyasından 1.8 dəfə daha güclüdür. Yeni Nothing Ear ətraf mühitdəki səsi avtomatik şəkildə yoxlayaraq ətraf səs-küyün boğulması funksiyasını yoxlanmış səsə uyğun olaraq tənzimləyir.
         Yeni Nothing Ear smartfonlara və digər cihazlara Bluetooth 5.3 üzərindən qoşulur. Qulaqlıqlar Google Fast Pair, Microsoft Swift Pair texnologiyalarını və ChatGPT inteqrasiyasını dəstəkləyirlər. Google Fast Pair texnologiyası qulaqlıqların sürətli şəkildə Android cihazlara, Microsoft Swift Pair texnologiyası isə Windows vasitəsilə çalışan kompüterlərə sürətli qoşulmanı təmin edir. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 6.5 saat ərzində çalışırlar. Şarj keysi ilə birlikdə isə bu göstərici 40.5 saat təşkil edir. Üstəlik yeni Nothing Ear 2.5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Üçüncü nəsil Nothing Ear 22 aprel tarixində satışa çıxacaq və onun qiyməti 150$ təşkil edəcək.
    Paylaş