main-post-cover

    Üçüncü nəsil Nothing Ear naqilsiz qulaqlığının fotoları təqdim edilib

    Cihazlar+
    09.04.2024
    Farid Pardashunas
         Nothing şirkəti 18 aprel tarixində yeni naqilsiz qulaqlıqlarını təqdim edəcək. Söhbət, üçüncü nəsil Nothing Ear ilə Nothing Ear (a)-dan gedir. İndi isə Android Headlines saytı üçüncü nəsil Nothing Ear modelinin keyfiyyətli fotolarını təqdim edib. Qeyd etmək lazımdır ki, təqdim ediləcək bu yeni naqilsiz qulaqlıq Nothing Ear (2)-nin davamçısı olacaq. Lakin şirkət üçüncü nəsil Nothing Ear-in adı qarşısına 3 rəqəmini əlavə etməkdən imtina edib.
         Fotolardan da görmək olar ki, üçüncü nəsil Nothing Ear modeli Nothing Ear (2) kimi şəffaf gövdə dizaynını əldə edəcək və bazarda iki gövdə rəngində satışa çıxacaq. Ağ və qara. Məlumata əsasən qulaqlıqların özləri IP54 standartı üzrə, şarj keysi isə IPX2 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Bununla yanaşı üçüncü nəsil Nothing Ear modeli ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyəcək. Məlumatda qeyd edilib ki, bu funksianın aktiv olmadığı halda qulaqlıqlar 7.5 saat ərzində, şarj keysi ilə birlikdə isə 33 saat ərzində çalışa biləcəklər. Üçüncü nəsil Nothing Ear-ın 150 avro qiymətində satışa çıxacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni Nothing Ear qulaqlıqlarının təqdimatları anons edilib
    yeni-nothing-ear-qulaqliqlarinin-teqdimatlari-anons-edilib
    Nothing Phone (2a)-nın yaxşılaşdırılmış versiyası hazırlanır
    nothing-phone-2a-nin-yaxsilasdirilmis-versiyasi-hazirlanir
    Nothing 2 yeni smartfon üzərində çalışır
    nothing-2-yeni-smartfon-uzerinde-calisir
    Nothing Ear (3) naqilsiz qulaqlığının potensial təqdimat tarixi elan edilib
    nothing-ear-3-naqilsiz-qulaqliginin-potensial-teqdimat-tarixi-elan-edilib
    Nothing Phone (3)-ün hansı prosessoru əldə edəcəyi açıqlanıb
    nothing-phone-3-un-hansi-prosessoru-elde-edeceyi-aciqlanib