
Ucuz satış qiymətinə sahib LG 25MS500 monitoru təqdim olunub - QİYMƏTİ
Cihazlar+
27.03.2024
Emil
LG şirkəti ucuz satış qiymətinə sahib yeni monitorunu təqdim edib. Təqdim edilmiş monitor LG 25MS500 adlanır. Beləliklə sözügedən yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 24.5 düym IPS ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 250 nit təşkil edir və o, NTSC rəng diapazonunun 72%-ni əhatə edir. Monitor özündə 2 ədəd HDMI 1.4 girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. LG 25MS500 artıq Çində satışa çıxıb və onun qiyməti 87$ təşkil edir. Monitorun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
