USB Type-C girişinə sahib iPhone X yüksək qiymətə satılıb

USB Type-C girişinə sahib iPhone X yüksək qiymətə satılıb

Mobil Cihazlar
12.11.2021 PAYLAŞIM

    Ken Pillonel adlı isveçrəli mühəndis bir neçə müddət bundan öncə öz iPhone X modelini təkmilləşdirmişdi. Belə ki, sözügedən mühəndis öz smartfonundakı Lightning girişini USB Type-C ilə əvəz etmişdi. Nəticədə bu, dünyanın USB Type-C girişli ilk iPhone modeli oldu. İndi isə məlum olub ki, mühəndis USB Type-C girişinə sahib iPhone X modelini eBay üzərindən yüksək qiymətə sata bilib. Yekun satış qiymətinin gözləntilərdən bir qədər aşağı olmasına baxmayaraq, smartfonun bu cür qiymətə satılması təəccübləndirir.


    eBay-da keçirilmiş hərrac çərçivəsində təkmilləşdirilmiş iPhone X-ə qoyulmuş qiymət göstəricisi 100.000$-ı keçirdi. Lakin nəticədə smartfon 86.001$-a satıldı. USB Type-C girişinə sahib iPhone X-in kim tərəfindən alındığı məlum deyil. Ken Pillonel-in sözlərinə əsasən sözügedən təkmilləşdirilmiş iPhone X modeli sadəcə olaraq prototipdir və onu adi şəkildə istifadə etmək olar. Lakin smartfonun sistemini yeniləmək və ya ayarlarını sıfırlamaq məsləhət görülmür. Əks halda bu, smartfonun bloklanmasına və ya zədələnməsinə gətirib çıxarda bilər. Məlumata əsasən iPhone X-də Lightning girişinin USB Type-C ilə əvəzlənməsinə 6 ay vaxt sərf olunub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Honor şirkəti Honor 60 və Honor 60 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ..

Honor şirkəti öz yeni flaqman smartfonları olan Honor 60 və Honor 60 Pro-nu təqdim edib.


Redmi yeni orta büdcəli smartfonu Redmi Note 11T-ni təqdim edib - QİYMƏTİ

Redmi brendi Note 11 smartfon seriyasını daha bir model ilə genişləndirib. Belə ki, yeni orta büdcəl..


Məşhur analitik iPhone SE Plus barəsində məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcək büdcəli smartfonları barəsində yeni məlumatlar..


Verilmiş yeni məlumat Samsung şirkətinin Galaxy Note seriyasından imtina etdiyin..

Sonuncu Galaxy Note seriyasının satışa çıxmasından 1 ildən çox vaxt keçib.


OnePlus 10 Pro smartfonunun texniki özəllikləri internetdə ortaya çıxıb

Bir neçə müddət bundan öncə OnePlus 10 Pro smartfon modelinin keyfiyyətli render fotoları ortaya çıx..


iPhone 14 Pro və 14 Pro Max smartfonları USB Type-C girişinə sahib ola bilərlər..

Bir neçə mənbənin verdiyi məlumata əsasən gələn il iPhone 14 Pro və iPhone 14 Pro Max smartfonları L..

×