main-post-cover

    Verilmiş yeni məlumat Samsung şirkətinin Galaxy Note seriyasından imtina etdiyini təsdiqləyib

    Cihazlar+
    25.11.2021
    Emil Nəcəfov
        Sonuncu Galaxy Note seriyasının satışa çıxmasından 1 ildən çox vaxt keçib. Lakin buna baxmayaraq internetdə sözügedən seriyanın gələcəyi ilə bağlı məlumatlar ortaya çıxmağa davam edir. Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung şirkəti Galaxy Note seriyasına son qoyub. İndi isə Cənubi Koreyadan olmuş yeni hesabat bu məlumatı təsdiqləyib. ETnews saytının verdiyi məlumata əsasən Samsung şirkəti Galaxy Note smartfonlarının istehsalını tamamilə dayandırıb və bu seriyanı 2022-ci il üçün olan istehsalat planından çıxarıb. Bu isə o deməkdir ki, şirkət çox güman ki, Galaxy Note seriyasının yeni modelləri ilə yanaşı həmçinin köhnə modellərinin də istehsalını dayandıracaq.
        Qeyd etmək lazımdır ki, bu seriyanın sonuncu təmsilçiləri məhz Galaxy Note 20 smartfonlarıdır. Galaxy Note əvəzinə şirkət öz diqqətini qatlana bilən smartfonlara ayıracaq. Nəticədə Galaxy Note seriyasından imtina öz növbəsində gələcək Galaxy Z FoldGalaxy Z Flip modelləri üçün əlavə istehsalat gücünü təmin edəcək. Buna baxmayaraq Galaxy Note seriyasının bəzi özəlliklərini Galaxy S seriyası əldə edəcək. Qeyd etmək lazımdır ki, bu il təqdim edilmiş Galaxy S21 Ultra modeli S Pen stilusunun dəstəyinə sahibdir. Məlumata əsasən Galaxy S22 Ultra modeli isə S Pen stilusunun dəstəyi ilə yanaşı həmçinin Galaxy Note seriyasının xarici dizaynını əldə edəcək.
    Linki kopyala