Logo
    main-post-cover

    ViewSonic VA2462-4K-HD monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.10.2024
    Emil
         ViewSonic şirkəti ofis işləri və media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru ViewSonic VA2462-4K-HD adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 280 nit, istifadəçi əməliyyatllarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. ViewSonic VA2462-4K-HD artıq Çində satışa çıxıb və onun qiyməti 140$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş