ViewSonic VA2723-2K-HD monitoru təqdim edilib - QİYMƏTİ
ViewSonic şirkəti öz yeni monitorunu təqdim edib. Təqdim edilmiş monitor ViewSonic VA2723-2K-HD adlanır. Beləliklə bu yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekran HDR10 dəstəyinə sahibdir. Üstəlik ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 94%-ni və Adobe RGB rəng diapazonunun 88%-ni əhatə edir. Monitor özündə AdaptiveSync texnologiyasının dəstəyini, HDMI 2.0 və DisplayPort 1.2 girişlərini birləşdirir. ViewSonic VA2723-2K-HD artıq Çin bazarında 103$-a satışa çıxıb. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.