
ViewSonic VX24G10 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
18.10.2024
Emil
ViewSonic şirkəti yüksək təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru ViewSonic VX24G10 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 104%-ni əhatə edir. Monitor üstəlik Freesync və G-sync texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.2 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. ViewSonic VX24G10 artıq Çində satışa çıxıb və onun qiyməti 84$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
