
ViewSonic VX25G26-2K-3 gaming monitoru təqdim edilib - QİYMƏTİ
ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX25G26-2K-3 adlanır. Beləliklə bu yeni monitor 320 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 24.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 90%-ni əhatə edir. Monitor özündə AMD FreeSync və NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4 girişlərini əldə edib. ViewSonic VX25G26-2K-3 artıq Çində satışa çıxıb və onun qiyməti 180$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş