Logo
    main-post-cover

    ViewSonic VX2700-4K-PRO gaming monitoru təqdim edilib

    Cihazlar+
    29.07.2024
    Emil
         ViewSonic şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX2700-4K-PRO adlanır. Beləliklə şirkətin bu yeni gaming monitoru 165 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü Mini LED ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 500 nit, HDR rejimdə 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran həmçinin AMD FreeSyncNVIDIA G-SYNC texnologiyalarını dəstəkləyir. O, DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə üstəlik digər cihazları şarj etmək də mümkündür. Bunun üçün o, 96 vatt çıxış gücünə sahibdir. ViewSonic VX2700-4K-PRO-nun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
    Paylaş