Logo
    main-post-cover

    ViewSonic VX2758A 2K PRO 3 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.08.2024
    Emil
         ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX2758A 2K PRO 3 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Üstəlik ekran AMD FreeSync Premium texnologiyasının dəstəyinə də sahibdir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. ViewSonic VX2758A 2K PRO 3 artıq Hindistanda satışa çıxıb və onun qiyməti 250$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş