Logo
    main-post-cover

    ViewSonic VX2759-4K-PRO gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.06.2024
    Emil
         ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX2759-4K-PRO adlanır. Bu yeni gaming monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Üstəlik ekran AMD FreeSyncNVIDA G-Sync texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-A 2.0 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. ViewSonic VX2759-4K-PRO artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 289$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş