
ViewSonic VX2766-2K-PRO-4 gaming monitoru təqdim edilib
ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX2766-2K-PRO-4 adlanır. Beləliklə bu yeni monitor 400 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, Adobe RGB rəng diapazonunun isə 97%-ni əhatə edir. Monitor özündə AMD FreeSync və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. ViewSonic VX2766-2K-PRO-4-ün nə zaman və hansı qiymətə satışa çıxacağı hələ açıqlanmayıb.

Paylaş