
ViewSonic VX2779-2K-PRO-W gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
01.07.2024
Emil
ViewSonic şirkəti VX2781-2K-Pro-6 ilə yanaşı daha bir gaming monitorunu da təqdim edib. Təqdim edilmiş ikinci gaming monitor ViewSonic VX2779-2K-PRO-W adlanır. Beləliklə bu monitor 185 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Üstəlik ekran HDR10 dəstəklidir və DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.4 girişlərini birləşdirir. ViewSonic VX2779-2K-PRO-W artıq Çində satışa çıxıb və onun qiyməti 151$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
