Logo
    main-post-cover

    ViewSonic VX2781-4K-Pro-6 gaming monitoru təqdim edilib

    Cihazlar+
    29.02.2024
    Emil
         ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni gaming monitor ViewSonic VX2781-4K-Pro-6 adlanır. Beləliklə bu yeni monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym Fast IPS ekranla təchiz olunub. Ekran IGZO adlı texnologiyanın dəstəyinə sahibdir. Bu texnologiya elektronların yüksək hərəkət qabiliyyətləri hesabına ekranın performansını qaldıraraq daha axıcı təsviri təmin edir.
         Sözügedən texnologiya enerji sərfiyyatı baxımından effektivdir və o, piksellərin daha sıx şəkildə yerləşmələri hesabına yüksək görüntü keyfiyyətini təqdim edir. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. O, sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-C, USB-A, USB-B girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. ViewSonic VX2781-4K-Pro-6-nın nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində hələ heç bir məlumat verilməyib.
    Paylaş