
ViewSonic VX27G10 gaming monitoru təqdim edilib
Cihazlar+
10.12.2024
Emil
ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX27G10 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.2 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 104%-ni əhatə edir. Monitor özündə AMD FreeSync və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.2 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişə sahibdir. ViewSonic VX27G10 artıq Çində satışa çıxıb və onun qiyməti 123$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
