Logo
    main-post-cover

    ViewSonic VX27G81-4K-W gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.03.2025
    Emil
         ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX27G81-4K-W adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində monitor 160 Hz-lik təsvir yenilənməsini və 4K görüntü keyfiyyətini, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsini və Full HD görüntü keyfiyyətini təmin edir. Bu rejimlər arasında keçid monitorun gövdəsində olan düyməyə klikləməklə reallaşır. Monitorun özü 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSyncNVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. ViewSonic VX27G81-4K-W yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 235$ təşkil edəcək. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
     
    Paylaş