
ViewSonic VX4518 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
16.04.2024
Farid
ViewSonic şirkəti böyük ölçülü yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru ViewSonic VX4518 adlanır. Beləliklə bu monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 44.5 düym VA ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 450 nit təşkil edir. Ekran HDR10, AMD FreeSync və NVIDIA G-SYNC texnologiyalarını dəstəkləyir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 90%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB Type-B, USB Type-C və USB 3.2 Type-A girişlərini birləşdirir. USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Monitor həmçinin səsgücləndiricilərə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. ViewSonic VX4518 artıq Çində 703$ qiymətində satışa çıxıb. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
