Logo
    main-post-cover

    ViewSonic XG2536 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.06.2024
    Emil
         ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic XG2536 adlanır. Beləliklə bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Üstəlik ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni, NTSC rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitora 2 vatt gücündə iki ədəd səsgücləndirici quraşdırılıb. Arxa paneldə həmçinin işıqlandırma mövcuddur. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, USB-C 3.2 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Qeyd etmək lazımdır ki, USB-C girişi vasitəsilə noutbukları şarj etmək olar. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. ViewSonic XG2536-nın nə zaman satışa çıxacağı qeyd edilməsə də məlumat verilib ki, onun satış qiyməti 290$ təşkil edəcək.
    Paylaş