ViewSonic XG272-2K-OLED gaming monitoru təqdim edilib
Cihazlar+
08.02.2024
Emil
ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor ViewSonic XG272-2K-OLED adlanır. Beləliklə bu yeni gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir və o özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 98.5%-ni əhatə edir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB-A 3.1, USB-B 3.1 və USB-С girişlərinə sahibdir. USB-C girişi vasitəsilə hətta digər cihazları da şarj etmək olar. Bunun üçün o, 15 vatt çıxış gücünə sahibdir. Üstəlik monitora hər biri 15 vatt gücündə olan iki ədəd səsgücləndirici quraşdırılıb. ViewSonic XG272-2K-OLED-in nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
ViewSonic VX2758-4K-PRO-2 adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib.
Elm & Texnologiya
ViewSonic VX2758-2K-PRO-6 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
ViewSonic şirkəti bir neçə müddət bundan öncə ViewSonic VX2781-2K-PRO-3 adlı gaming monitorunu təqdim etmişdi. İndi isə şirkət daha bir yeni gaming monitorunu təqdim edib. Söhbət, ViewSonic VX2758-2K-PRO-6-dan gedir.
Elm & Texnologiya
ViewSonic VX2781-2K-PRO-3 adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
ViewSonic şirkəti öz gaming monitor seriyasını yeni model ilə genişləndirməyə davam edir.
Ən çox oxunanlar