Logo
    main-post-cover

    ViewSonic XG273-4K-OLED gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.05.2025
    Emil
         ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic XG273-4K-OLED adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə NVIDIA G-SyncAMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 2.1, HDMI 2.1 USB-C girişlərini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 100 vatt çıxış gücünə sahibdir. ViewSonic XG273-4K-OLED artıq Çində satışa çıxıb və onun qiyməti 900$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş