Logo
    main-post-cover

    Virtual Boy aksesuarı ilə 90-lar geri qayıdır

    Cihazlar+
    05.03.2026
    Ilhama
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, 1990-cı illərdə oyun dünyasında ən uğursuz cihazlardan biri hesab edilən Virtual Boy yenidən gündəmdədir. Nintendo bu dəfə onu müasir Nintendo Switch və Nintendo Switch 2 üçün xüsusi aksesuar kimi təqdim edib.
        1995-ci ildə təqdim olunan Virtual Boy şirkətin ən böyük hardware uğursuzluqlarından biri sayılırdı. Cihaz erkən VR təcrübəsi yaratmağa çalışsa da, nə tam konsol, nə də tam portativ cihaz idi. Oyunlar yalnız qırmızı və qara rəngdə göstərilirdi və uzun müddət istifadə etdikdə boyun və gözlər üçün narahatlıq yaradırdı.
        Yeni Switch aksesuarı isə bu təcrübəni demək olar ki, olduğu kimi geri qaytarır. Nintendo cihazı modernləşdirmək və ya rahat etmək əvəzinə, orijinal dizayn və istifadə hissini qoruyub saxlayıb. Sadəcə olaraq, bu versiyada Switch ekranını cihazın içinə yerləşdirmək mümkündür.
        Aksesuarın qiyməti 99.99 dollardır və onu almaq üçün istifadəçilərin Nintendo Switch Online abunəliyi olmalıdır. Bundan əlavə, oyunları televizora və ya başqa ekrana ötürmək mümkün deyil ki, bu da bugünkü “hər şeyin yayımlana bilməsi” trendinə tam ziddir.
        Buna baxmayaraq, bəzi oyun həvəskarları üçün bu cihazın cazibəsi məhz bundadır. O, müasir rahatlıqdan çox, retro oyun tarixinin orijinal təcrübəsini qorumağa çalışır.
    Paylaş