Logo
    Vivo 3 modeldən ibarət X500 flaqman smartfon seriyasını təqdim etdi

    Vivo 3 modeldən ibarət X500 flaqman smartfon seriyasını təqdim etdi

    Cihazlar+
    21.09.2026
        “Vivo” sentyabrın 21-də Çində yeni flaqman smartfon seriyası “X500”ü göstərib. Seriyaya “X500”, “X500 Pro” və ən güclü model “X500 Pro Max” daxildir. Əsas yeniliklər mobil foto və video çəkilişi ilə bağlıdır. Smartfonlar bu ay Çində satışa çıxacaq. Qlobal satışın tarixi hələ açıqlanmayıb, modellərin ABŞ bazarına çıxacağı da gözlənilmir.
    Vivo 3 modeldən ibarət X500 flaqman smartfon seriyasını təqdim etdi
        “X500 Pro Max” “Sony”nin yeni “Lytia L910” kamera sensoru qoyulan ilk smartfondur. 50 MP-lik sensorun ölçüsü 1/1,28 düymdür. LOFIC texnologiyası işıqlı və qaranlıq hissələrdə daha çox detalın qorunmasına kömək edir. “Vivo”ya görə, əsas kamera 17 pilləlik dinamik diapazon verir. Yəni kamera eyni görüntüdə həm parlaq, həm də qaranlıq sahələri daha detallı çəkə bilir. Bu göstərici “Xiaomi 17 Ultra” üçün açıqlanan 16,5 pillədən yüksəkdir.
        Kamera sistemində “Zeiss” optikalı ultra genişbucaqlı, əsas və telefoto kameralar var. Əsas kameranın fokus məsafəsi 24 mm-dir. Portret çəkilişi üçün hazırlanan telefoto kamerada bu göstərici 85 mm-dir. Mənbələr optik yaxınlaşdırmanı fərqli göstərir: bəziləri 3,5 dəfə, digərləri 3,7 dəfə olduğunu yazır. Telefoto kamera 200 MP, digər 2 kamera da 50 MP yüksək ayırdetmə rejimində çəkə bilir.
    Vivo 3 modeldən ibarət X500 flaqman smartfon seriyasını təqdim etdi
        Telefon üçün ayrıca fotoqraf dəsti də hazırlanıb. Dəstə tutacaq, əlavə qoruyucu üzlüklər və görüntünü 2,35 və ya 4,7 dəfə böyüdən, kameraya taxılan telekonverterlər daxildir. Daha güclü telekonverter telefoto kamera ilə birlikdə 400 mm ekvivalent fokus məsafəsi verir. Nümunə fotolarda portret rejimi üçün f/0,95 səviyyəsinədək fon bulanıqlığı seçmək olub. Çəkilişdən sonra bu effekti dəyişmək və 10 dəfə rəqəmsal yaxınlaşdırma tətbiq etmək də olur.
    Vivo 3 modeldən ibarət X500 flaqman smartfon seriyasını təqdim etdi
        “X500 Pro” və “X500 Pro Max” 2 nm texnoloji proseslə hazırlanan “MediaTek Dimensity 9600 Pro” prosessorlu ilk smartfonlardır. Standart “X500”də “Dimensity 9600M” prosessoru işləyir. Daha güclü modellər saniyədə 240 kadr sürətlə 4K video çəkə bilir. Bu, yüksək keyfiyyətli ləngidilmiş görüntülər hazırlamaq üçündür. Telefonlarda rəngləri sonradan daha geniş şəkildə düzəltmək üçün 10 bit “Log” çəkilişi və yeni kino üslublu video rejimləri də var.
        Seriyada ekran ölçüsü modelə görə dəyişir. “X500 Pro”nun ekranı 6,36 düym, “X500 Pro Max”ın ekranı isə 6,85 düymdür. Standart model ölçü baxımından onların arasında qalır. Hər 3 smartfonda OLED ekran var. Silikon-karbon batareyaların tutumu 6510 mAh-dan 8000 mAh-a qədər dəyişir. Cihazlar “OriginOS 7” əməliyyat sistemi ilə işləyir. Qlobal versiyaların qiyməti və hansı ölkələrdə satılacağı hələ açıqlanmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...