
Vivo brendi növbəti flaqman smartfon üzərində çalışmağa başlayıb
Son zamanlarda istehsalçılar daha çox qatlana bilən smartfonlara diqqət ayrırlar. Artıq Honor Magic V2 və Samsung Galaxy Z Fold 5 smartfonları təqdim olunub. Qarşıda isə bizləri OnePlus Open ilə OPPO Find N3 gözləyir. Qatlana bilən smartfonlar mövzusunda vivo brendinin yeni modeli barəsində suallar yaranmağa başladı. Belə ki, onun haqqında son zamanlar heç bir məlumat ortaya çıxmayıb. Qeyd etmək lazımdır ki, aprel ayında sözügedən brend vivo X Fold 2 smartfonunu təqdim etmişdi.
Bir çoxlarının gözləntilərinə əsasən şirkətin növbəti qatlana bilən smartfonu vivo X Fold 2+ olmalı idi. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən şirkət vivo X Fold 2+ smartfonunun hazırlanmasından imtina edib və bunun yerinə öz diqqətini vivo X Fold 3-ə yönəldib. Bununla yanaşı insayder bildirib ki, vivo X Fold 3 modelini bu il gözləmək lazım deyil. Belə ki, şirkət onun təqdimatını və satışlarını 2024-cü ilin əvvəlinə keçirdib. İnsayderin sözlərinə əsasən vivo X Fold+ modelində olmuş, lakin vivo X Fold 2-də aradan qaldırılmış periskop kamera obyektivi vivo X Fold 3-də geri dönəcək.
Paylaş
Bənzər xəbərlər