
Vivo gələn il Jovi adlı yeni smartfon brendini təqdim edəcək
Cihazlar+
12.12.2024
Emil
Öz smartfonları və planşetləri ilə məşhur olan vivo şirkəti 2025-ci ildə yeni subbrendini işə salmağa hədəflənib. Məlumata əsasən şirkətin yeni subbrendi Jovi adlanacaq. Jovi adı vivo cihazlarının istifadəçilərinə çox yaxşı tanışdır. Belə ki, bu ad şirkətin səsli köməkçisində və bir sıra sistem tətbiqində istifadə edilib. Məlumatda qeyd edilib ki, Jovi brendi altında 3 smartfon təqdim ediləcək. Jovi V50, Jovi V50 Lite 5G və Jovi Y39 5G.
Siyahıdakı birinci smartfon V2427 model nömrəsinə, ikinci smartfon V2440 model nömrəsinə, üçüncü smartfon isə V2444 model nömrəsinə sahibdir. Gözləntilərə əsasən Jovi smartfonları büdcəli və orta büdcəli smartfonlar seqmentinə daxil olacaqlar. Bu mövzuda vivo şirkəti Xiaomi-nin REDMI və POCO brendlərinin strategiyalarına hədəflənib. Yəni vivo bazarda əlçatan 5G smartfonlar təqdim etməklə öz satışlarını yüksəltməyə istəyir.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
