Logo
    main-post-cover

    Vivo gələn il qarışıq reallıq cihazını təqdim edəcək

    Cihazlar+
    29.07.2024
    Emil
         Vivo şirkəti rəsmi şəkildə elan edib ki, o, 2025-ci ildə ilk qarışıq reallıq (AR + VR / Mixed Reality / MR) cihazını satışa çıxartmağı planlaşdırır. Şirkət bunu Çində keçirilmiş Imaging Festival adlı tədbirdə səsləndirib. Vivo-nun icraçı vitse-prezidenti Hu Baishan daha öncə şirkətin MR texnologiyasına maraq göstərdiyini etiraf edirdi. O hətta bunu mobil texnologiyanın növbəti böyük nailiyyəti adlandırırdı.
         2019-cu ildə şirkət AR imkanlara sahib ilk smart eynəyini təqdim etmişdi. Həmin vaxtda şirkətin təqdim etmiş olduğu smart eynəyin çalışması üçün onun smartfona qoşulu olması şərt idi. Gözləntilərə əsasən vivo-nun MR cihazı avtonom şəkildə çalışa biləcək və Apple Vision Pro səviyyəsində istifadəçi təcrübəsini təklif edəcək. Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən Huawei OPPO şirkətləri də özlərinin MR cihazları üzərində çalışırlar. Lakin adları sadalanmış bu şirkətlər hələ bu barədə rəsmi bir açıqlama verməyiblər.
    Paylaş