Logo
    main-post-cover

    Vivo Pad 3 planşeti Geejbench testlərindən keçib

    Cihazlar+
    15.03.2024
    Emil
         Vivo şirkətinin hələ təqdim olunmamış vivo Pad 3 adlı yeni planşeti Geekbench testlərindən keçib. Bunun sayəsində sözügedən planşet barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən vivo Pad 3 planşeti 3.25 GHz tezlikdə çalışan prosessoru əldə edəcək. Çox güman ki, söhbət, MediaTek Dimensity 9300 prosessorundan gedir. Bununla yanaşı məlumatda qeyd edilib ki, bu planşet 16 GB RAM-ı və qutudan Android 14-ü əldə edəcək. Vivo Pad 3 Geekbench-in bir nüvəli testi çərçivəsində 223 xal, çox nüvəli testi çərçivəsində isə 7547 xal toplayıb. Planşetin 26 mart tarixində qatlana bilən vivo X Fold 3 smartfon seriyası ilə birlikdə təqdim olunacağı gözlənilir.
    Paylaş