
Vivo Pad 3 planşetinin təqdimatı anons edilib
Cihazlar+
18.03.2024
Emil
Bir neçə saat bundan öncə vivo şirkəti qatlana bilən vivo X Fold 3 smartfon seriyasının təqdimatını anons etdi. Sözügedən smartfon seriyası 26 mart tarixində təqdim ediləcək. Lakin məlum olub ki, həmin tarixdə təkcə vivo X Fold 3 smartfon seriyası təqdim olunmayacaq. Belə ki, şirkət həmin tarixdə üstəlik vivo Pad 3 planşetini də təqdim edəcək. Şirkət üstəlik yeni planşetinin tizer posterini də paylaşıb. Posterdən də görmək olar ki, vivo Pad 3-ün arxa panelində dairəvi formalı kamera sahəsi yerləşəcək. Son məlumat sızıntılarına əsasən bu planşet 3K keyfiyyətli 12.95 düym LCD ekrana sahib olacaq, MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq və özündə 80 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
