
Vivo Pad 3 Pro planşeti təqdim olunub - QİYMƏTİ
Cihazlar+
27.03.2024
Emil
Vivo şirkəti qatlana bilən vivo X Fold 3 smartfon seriyası ilə yanaşı həmçinin vivo Pad 3 Pro planşetini də təqdim edib. Vivo-nun bu yeni planşeti böyük ekranı, flaqman MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə vivo Pad 3 Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3096х2064 piksel keyfiyyətli 13 düym LCD ekranla təchiz olunub. Planşetin ekranı vivo Pencil 2 stilusunu dəstəkləyir və bu stilus planşetin komplektinə daxildir.

Vivo Pad 3 Pro MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışır və özündə 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda planşet 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 66 vatt gücündə sürətli şarj texnologiyalı 11 500 mAh enerji tutumlu batareyaya sahibdir. Vivo Pad 3 Pro yaxın günlərdə Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çində satış qiymətləri aşağıdakı kimi olacaq.
- 8 GB RAM + 128 GB yaddaş - 415$
- 8 GB RAM + 256 GB yaddaş - 457$
- 12 GB RAM + 256 GB yaddaş - 499$
- 16 GB RAM + 512 GB yaddaş - 555$.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
