
Vivo Pad 3 subflaqman planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
28.06.2024
Emil
Vivo şirkəti Çində vivo Pad 3 adlı yeni subflaqman planşetini təqdim edib. Bu planşet böyük ölçülü ekranı, Qualcomm-un yeni prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə vivo Pad 3 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 12.05 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Planşet Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib.

Kameralar mövzusunda vivo Pad 3 planşeti 8 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet özündə 44 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyanı birləşdirir. Planşet üstəlik Wi-Fi 6 və Bluetooth 5.4 texnologiyalarının dəstəklərinə sahibdir. Vivo Pad 3 qutudan Android 14 vasitəsilə çalışır. Planşet artıq Çində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çindəki satış qiymətləri isə aşağıdakı kimidir:
- 8 GB RAM + 128 GB yaddaş - 345$
- 8 GB RAM + 256 GB yaddaş - 385$
- 12 GB RAM + 256 GB yaddaş - 425$
- 12 GB RAM + 512 GB yaddaş - 465$.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
