main-post-cover

    Vivo Pad 3 və Pad 3 Pro planşetləri barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    19.02.2024
    Emil Nəcəfov
         Vivo şirkəti öz yeni planşet seriyasının təqdimatına hazırlaşır. Söhbət, vivo Pad 3 planşet seriyasından gedir. Sözügedən seriyaya adi vivo Pad 3 ilə yanaşı vivo Pad 3 Pro da daxil olmalıdır. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən vivo Pad 3 planşeti LCD ekranı əldə edəcək, Qualcomm-un SM8635 model nömrəsinə sahib prosessoru vasitəsilə çalışacaq və özündə 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək.
         Qualcomm-un SM8635 model nömrəsi altında hansı prosessorun gizləndiyini söyləmək çətindir. Çox güman ki, söhbət, Snapdragon 7 seriyasına daxil olan prosessorlardan birindən gedir. Vivo Pad 3 Pro planşetinə gəldikdə isə məlumatda qeyd edilib ki, o, 3K keyfiyyətli LCD ekranı əldə edəcək, MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq və özündə 80 vatt gücündə sürətli şarj texnologiyasını birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder qatlana bilən vivo X Fold 3 smartfon seriyası barəsində yeni məlumatları təqdim edib
    meshur-insayder-qatlana-bilen-vivo-x-fold-3-smartfon-seriyasi-baresinde-yeni-melumatlari-teqdim-edib
    Vivo V30 Pro-nun təqdimatı anons edilib
    vivo-v30-pro-nun-teqdimati-anons-edilib
    Vivo V30 Pro Geekbench testlərindən keçib
    vivo-v30-pro-geekbench-testlerinden-kecib
    Vivo şirkəti vivo V30 Pro smartfonu üzərində çalışır
    vivo-sirketi-vivo-v30-pro-smartfonu-uzerinde-calisir
    Qatlana bilən vivo X Fold 3 smartfonu təqdimata hazırlaşır
    qatlana-bilen-vivo-x-fold-3-smartfonu-teqdimata-hazirlasir