
Vivo Pad 4 Pro flaqman planşetinin bəzi özəllikləri açıqlanıb
Cihazlar+
20.12.2024
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, vivo şirkəti vivo Pad 4 Pro adlı yeni planşeti üzərində çalışır. Bu planşetin 144 Hz-lik təsvir yenilənməsinə sahib 13 düym ölçülü LCD ekranla təchiz olunacağı gözlənilir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən planşet barəsində əlavə məlumatlar verib.
Beləliklə insayderin sözlərinə əsasən vivo Pad 4 Pro planşeti MediaTek Dimensity 9400 flaqman prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu prosessor həmçinin şirkətin vivo X200 və X200 Pro smartfonlarında da istifadə edilir. Bununla yanaşı məlumatda qeyd edilib ki, vivo-nun bu planşeti 12 000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Planşet barəsində digər bir məlumat hələ yoxdur. Gözləntilərə əsasən o, 2025-ci ilin birinci yarısında təqdim oluna bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
