Logo
    main-post-cover

    Vivo Pad 5e subflaqman planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.10.2025
    Emil
         Vivo şirkəti yeni subflaqman planşetini təqdim edib. Söhbət, Vivo Pad 5e-dən gedir. Bu yeni planşet böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Pad 5e planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 12.1 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir. Planşetin gövdəsinin qalınlığı 6.62 mm, çəkisi isə 584 qram təşkil edir. Planşet özündə 4 ədəd stereo səsgücləndiricini birləşdirir. Planşet Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Pad 5e özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 44 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Pad 5e yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 280$-dan start götürəcək.
    Paylaş