Logo
    main-post-cover

    Vivo qatlana bilən vivo X Fold 4 smartfonu üzərində çalışır

    Cihazlar+
    26.09.2024
         Vivo şirkəti bu ilin mart ayında vivo X Fold 3 X Fold 3 Pro adlı qatlana bilən smartfonlarını təqdim etmişdi. İndi isə məlum olub ki, şirkət artıq yeni qatlana bilən smartfonu üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən söhbət, vivo X Fold 4-dən gedir.
         İnsayderin sözlərinə əsasən hazırlanan bu yeni qatlana bilən smartfon gələn ay təqdim ediləcək Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı insayder xəbər verib ki, vivo X Fold 4 smartfonu 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və onun gövdəsi IPX8 standartı üzrə sudan qorunacaq. Məlumata əsasən vivo-nun bu yeni qatlana bilən smartfonu 50 MP-lik əsas arxa kameraya sahib olacaq. Vivo X Fold 4 barəsində digər bir məlumat hələ yoxdur. Çox güman ki, smartfon gələn ilin birinci yarısında təqdim ediləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Vivo qatlana bilən vivo X Fold 4 smartfonu üzərində çalışır | Technote