
Vivo qlobal bazarda vivo T3 adlı yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır
Cihazlar+
07.03.2024
Emil
İnsayderlərin sözlərinə əsasən vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Məlumatda qeyd edilib ki, şirkətin yeni orta büdcəli smartfonu vivo T3 adlanacaq. İnsayderlər bildiriblər ki, təqdimata hazırlaşan vivo T3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranı əldə edəcək və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun əsas arxa kamerası Sony IMX882 adlı obyektiv olacaq. Vivo T3-ün yaxın zamanda qlobal bazarda təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
