
Vivo S20 smartfonlarının təqdimatları anons edilib və xarici görünüşləri sərgilənib
Cihazlar+
26.11.2024
Emil
Vivo şirkəti vivo S20 smartfon seriyasının təqdimatını anons edib və bu seriyaya daxil olacaq modellərin xarici görünüşlərini sərgiləyib. Beləliklə rəsmi anonsa əsasən vivo S20 smartfonları 28 noyabr tarixində Çində təqdim olunacaqlar. Bu seriyaya iki model daxil olacaq. Vivo S20 və S20 Pro. Təqdim edilmiş posterlərdən də görmək olar ki, smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər.
Vivo S20-yə aid posterdə qeyd edilmiş məlumata əsasən smartfon 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Vivo S20 Pro modelinə aid olan posterdə isə qeyd edilib ki, smartfon Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq və 100 qat zoom özəlliyinə sahib portret telekamerasını əldə edəcək. Onu da qeyd etmək lazımdır ki, vivo S20 smartfonları nəticə etibarilə qlobal bazarda da satışa çıxacaqlar. Lakin bu, fərqli ad altında baş tutacaq.


Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
