
Vivo S30 və S30 Pro mini smartfonları təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.05.2025
Emil
Vivo şirkəti Vivo S30 və S30 Pro mini smartfonlarını təqdim edib. Şirkətin bu yeni smaertfonları bir-birilərindən həm xarici görünüşcə həm də texniki imkanlar baxımından fərqlənirlər. İlk öncə Vivo S30 modelinə nəzər yetirək. Beləliklə Vivo S30 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1260 piksel keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon Snapdragon 7 Gen 4 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib.

Kameralar mövzusunda Vivo S30 özündə 50 MP + 8 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə keçək Vivo S30 Pro mini modelinə. Bu model 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1216 piksel keyfiyyətli 6.31 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib. Vivo S30 ilə müqayisədə Vivo S30 Pro mini modelinin gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.

Smartfon MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo S30 Pro mini özündə 50 MP + 8 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon 6 iyun tarixində Çində satışa çıxacaq. Vivo S30 modelinin qiyməti 375$-dan, Vivo S30 Pro mini modelinin qiyməti isə 486$-dan start götürəcək. Çox güman ki, bu smartfonlar müəyyən müddətdən sonra fərqli brend altında qlobal bazarda da satışa çıxacaqlar.
Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
