
Vivo şirkəti artıq vivo V50 smartfon seriyası üzərində çalışır
Cihazlar+
04.10.2024
Emil
Vivo şirkəti vivo V50 smartfon seriyası üzərində çalışır. Smartprix saytının vermiş olduğu məlumata əsasən şirkət hal-hazırda vivo V50 və vivo V50e smartfonlarını test edir. Belə ki, adları sadalanmış bu smartfonlar Smartprix saytı tərəfindən IMEI məlumatlar bazasında aşkar edilib. Çox güman ki, vivo şirkəti daha bir neçə vivo V50 modelini də test edir. Lakin onlar barəsində hələ heç bir məlumat yoxdur. Təəssüflər olsun ki, vivo V50 və vivo V50e smartfonlarının texniki imkanları hələ məlum deyil. Çox güman ki, vivo V50 smartfon seriyası 2025-ci ilin birinci yarısında təqdim ediləcək.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
