Logo
    Vivo şirkəti iki yeni qatlana bilən smartfon üzərində çalışır

    Vivo şirkəti iki yeni qatlana bilən smartfon üzərində çalışır

    Cihazlar+
    25.09.2023
        Vivo şirkəti artıq bir neçə qatlana bilən smartfon modelinə sahibdir. Təkcə bu il ərzində şirkət vivo X Fold 2 ilə X Flip-i təqdim edib. Lakin görünür, şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, vivo yeni qatlana bilən smartfonlar üzərində çalışır. Avropa Birliyinin intellektual mülkiyyət üzrə təşkilatının (EUIPO) saytında vivo-nun iki yeni əmtəə nişanı ortaya çıxıb. Söhbət, S FlipV Flip-dən gedir. Bunlar şirkətin yeni qatlana bilən qapaqlı smartfonlarının adlarını əhatə edə bilərlər. Vivo X Fold 2 ilə X Flip modellərinin flaqman smartfonlar seqmentinə daxil olduqlarını nəzərə alsaq, güman etmək olar ki, S Flip ilə V Flip smartfonları orta büdcəli qatlana bilən smartfonlar seqmentinə daxil olacaqlar. Vivo-nun bu yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları bilinmir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Vivo şirkəti iki yeni qatlana bilən smartfon üzərində çalışır