
Vivo şirkəti vivo Pad 3 adlı yüksək performanslı planşet üzərində çalışır
Cihazlar+
29.12.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən vivo şirkəti bazarda ən performanslı planşetlərdən birini hazırlayır. Söhbət, vivo Pad 3-dən gedir. İnsayder bildirib ki, sözügedən yeni planşet MediaTek Dimensity 9300 flaqman prosessorunu əldə edəcək. Bu isə o deməkdir ki, planşet yüksək səviyyəli performansa sahib olacaq. Planşet yaxın müddətdə təqdim olunsa, o, Android planşetlər arasında ən performanslı planşet olacaq. Vivo Pad 3-ün nə zaman təqdim olunacağı hələ bilinmir.
Paylaş
Ən çox oxunanlar

WhatsApp-ın iPad versiyası rəsmi şəkildə istifadəyə verilib
