main-post-cover

    Vivo şirkəti vivo V30 Pro smartfonu üzərində çalışır

    Cihazlar+
    12.02.2024
    Emil Nəcəfov
         Vivo şirkəti keçən həftə büdcəli vivo V30 smartfonunu təqdim etdi. İndi isə şirkət onun daha təkmilləşdirilmiş versiyası üzərində çalışır. Söhbət, vivo V30 Pro-dan gedir. Sözügedən yeni smartfonun Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfonun bəzi texniki özəllikləri ortaya çıxıb. Beləliklə Geekbench məlumatlarına əsasən vivo V30 Pro smartfonu MediaTek Dimensity 8200 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM-ı birləşdirəcək. Bununla yanaşı smartfon qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1045 xal, çox nüvəli testi çərçivəsində isə 3637 xal toplayıb. Vivo V30 Pro-nun nə zaman təqdim ediləcəyi bilinmir. Sadəcə olaraq məlumdur ki, smartfon qlobal bazarda satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən vivo X Fold 3 smartfonu təqdimata hazırlaşır
    qatlana-bilen-vivo-x-fold-3-smartfonu-teqdimata-hazirlasir
    Orta büdcəli vivo V30 smartfonu təqdim edilib
    orta-budceli-vivo-v30-smartfonu-teqdim-edilib
    Vivo V30 5G-nin dizaynı sərgilənib
    vivo-v30-5g-nin-dizayni-sergilenib
    Orta büdcəli vivo Y100 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y100-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli Vivo G2 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-vivo-g2-smartfonu-teqdim-edilib-qiymeti